Paşinyan azərbaycanlılarla bağlı suala əsəbiləşdi
Bəzi Ermənistan KİV-i Şahin Mustafayevin İrəvana səfəri fonunda onun guya rəqslə qarşılanması ilə bağlı iddialar irəli sürüb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan nümayəndə heyətinin səfərinin Beynəlxalq Rəqs Günü ilə əlaqələndirilməsinə münasibət bildirib və bunu əsassız yanaşma kimi qiymətləndirib.
Baş nazir jurnalistlərin suallarını cavablandırarkən bu cür iddiaları tənqid edib.
Onun sözlərinə görə, səfərin hər hansı bayram və ya tədbirlə əlaqələndirilməsi mövzudan yayındırmaq cəhdidir:
“Bu məntiqlə yanaşsaq, istənilən günü digər hadisələrlə əlaqələndirmək olar. Bu, reallıqla bağlı deyil”.
N. Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin mərhələli şəkildə normallaşması və uzunmüddətli perspektivdə mehriban qonşuluq əlaqələrinin qurulması əsas məqsəd olaraq qalır.
Arzu Paşaqızı