Laçında 57.3 milyonluq qəsəbə tikilir
“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi Qorçu qəsəbəsinin tikintisi (I mərhələ) ilə bağlı işlər həyata keçirir.
“turaninsesi.az ” xəbər verir ki, satınalma çərçivəsində qeyri-yaşayış obyektlərinin tikintisinə 7 750 246.92 manat, fərdi yaşayış evlərinin inşasına isə 49 595 510.19 manat ayrılıb.
Beləliklə, Qorçu qəsəbəsinin I mərhələ tikinti işləri üzrə ümumilikdə 57 345 757.11 manat dəyərində müqavilələr bağlanıb.
Arzu Paşaqızı