İlham Əliyev: “Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik”

“Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu”.

turaninsesi.az ” xəbər verir ki, bunu Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, – dövlət başçısı əlavə edib. 

Prezident bildirib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.

Dövlət başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik: “Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik”.

Arzu Paşaqızı