ABŞ dövlət katibinin köməkçisi Bakıya gəldi
ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana gəlib.
“turaninsesi.az ” xəbər verir ki, dövlət katibinin köməkçisi iyunun 3-dək Azərbaycanda səfərdə olacaq.
Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.
Arzu Paşaqızı