İlham Əliyev: Çexiya ilə çox fəal siyasi dialoqumuz var
Bu, (Çexiyanın Baş nazirinin səfəri – re.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var.
“turaninsesi.az ” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib.
“Bu gün bir çox məsələlər ətrafında – həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, – deyə dövlət başçısı əlavə edib
Arzu Paşaqızı