“Azərbaycanla sülh Ermənistandakı seçkilərlə qanuniləşib”
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ildə Azərbaycanla imzalanan sülhün 2026-cı il parlament seçkilərində Ermənistan xalqının seçimi və səsi ilə qanuniləşdirildiyini bildirib.
“turaninsesi.az ” Armenpress-ə istinadla xəbər verir ki, o, Milli Məclisdə Ermənistan Respublikasının ötənilki dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatı təqdim edərkən bu mövzuya toxunub.
Paşinyanın sözlərinə görə, 2025-ci ildə Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsi və dövlətlərarası münasibətlərin qurulması, eləcə də layihə üzrə razılaşma barədə danışıqlar böyük əhəmiyyətə malik hadisələrdir.
O qeyd edib ki, bu hadisə 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə sülhün bərqərar olmasına imkan verib:
“Biz sülhü bərqərar etdik və mahiyyət etibarilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə başa çatdı”.
Baş nazir vurğulayıb ki, 2026-cı il parlament seçkilərinin nəticələri Ermənistan xalqının sülh gündəliyini dəstəklədiyini təsdiqləyib:
“Ermənistan Respublikası xalqı sülh tərəfdarıdır”.
Arzu Paşaqızı