Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verir
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikası Prezidentinin ev sahibliyi ilə Ankarada keçirilən və “Türk Əsri: Dildə, fikirdə və işdə birlik” mövzusuna həsr olunmuş Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak edir.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.
Zirvə Görüşü çərçivəsində Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verir.
Təşkilat daxilində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
TDT-nin prioritet istiqamətləri – siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat və əlaqələndirmə, enerji, rəqəmsal transformasiya, mədəni-humanitar əməkdaşlıq və institusional inkişaf sahələrində əldə edilmiş irəliləyişlər nəzərdən keçiriləcək və mühüm sənədlər qəbul ediləcək.
Arzu Paşaqızı