Baş nazirlər Siqnaxidə görüşdülər
Baş nazir Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.
“turaninsesi.az ” xəbər verir ki, görüş oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində baş tutub.
Hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Arzu Paşaqızı