Azərbaycan rəsmiləri İrəvana getdi – AZAL təyyarəsi “Zvartnots”da
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
“turaninsesi.az” xəbər verir ki, bu səhər Azərbaycan Hava Yollarına məxsus təyyarə Yerevanın Zvartnots hava limanına eniş edib.
Uçuş 54 dəqiqə davam edib.
Ermənistan Mülki Aviasiya Komitəsi Azərbaycandan rəsmi nümayəndə heyətinin Ermənistana gəldiyini bildirib.
Əlavə məlumat verilməyib.
Arzu Paşaqızı