Deputat : “İranın Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram”

İranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Bu terror aksiyasıdır və məsuliyyət bilavasitə Molla rejiminin üzərinə düşür. Həlak olmuş soydaşımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram.
İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır.
Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09