Siyavuş Novruzov: “Aliment Fondu yaratmaq olmaz”

“Bizim həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gətiriblər. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar”.

turaninsesi.az ” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov parlamentin  mayın 1-də keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, indi məhkəmə qaydasında həmin uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər:

“Biz də fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək”.

S.Novruzov qeyd edib ki, burada hansısa forma düşünmək lazımdır:

“Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik”.

Arzu Paşaqızı