Deputat : Hesab edirəm ki, Fransa körpüləri tam yandırmamalı, Azərbaycana yönəlik siyasətində dəyişiklik etməlidir

Fransa Senatının 22 noyabr tarixli qətnaməsinin ardınca, Milli Assambleyanın analoji qərar qəbul etməsi, ölkəmiz əleyhinə növbəti təxribatdır və Azərbaycan xalqı heç bir halda bununla barışa bilməz.

Turanın səsi ” xəbər verir ki bu fikirləri millət vəkili Nəsib Məhəməliyev öz facebook səhifəsində paylaşım edərək bildirmişdir.

Senatın 348 üzvündən 3-ü müstəqil, 345-i isə 9 siyasi partiyanı təmsil edən senatordan ibarətdir.
Milli Assambleyanın 577 üzvündən 322-si 5 fərqli müxalifət partiyasını, 250 deputat isə, 3 hökumətyönlü partiyanı təmsil edir. 5 nəfər isə, bitərəfdir.

Haqqlı olaraq sual oluna bilər.

Necə ola bilər ki, Fransa kimi dövlətdə, biri-birinə zidd ideoloji xəttə mənsub, siyasi partiyaların təmsil olunduğu Senatda və Milli Assambleyada qanunsuz qətnamələr yekdilliklə qəbul olunur. Beynəlxalq hüququn normaları tapdalanır ?

Bəlli mərkəzdən verilmiş bir komanda ilə, coğrafi baxımdan kifayət qədər məsafədə yerləşən suveren dövlətin daxili işlərinə müdaxilə olunur. Alternativ fikrə imkan verilmir. Fransanın dövlət maraqları, bir qrup cinayətkar erməni diaspirasının maraqlarına qurban verilir.

Yaxşı olardı ki, qətnamələri qəbul etməzdən əvvəl Fransa parlamentariləri, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər edə, öz gözləri ilə, erməni bacılarının 30 illik vəhşiliklərini və əsil təcavüzkarın kim olduğunu görəydilər.

Fransa, BMT TŞ-nın 5 daimi üzvündən biridir və bu Təşkilat tərəfindən yekdilliklə, Ermənistanın təcavüzkar dövlət kimi rəsmiləşdirildiyi 4 qətnamə qəbul edilmişdir. Lakin, Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi nəticəsində münaqişə həllini tapmamış və Azərbaycan təkbaşına ərazi bütövlüyünü bərpa etmişdir.

Müharibədən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın beynəlxalq nüfuzunun günü-gündən artması, qardaş Türkiyənin 100 ildən sonra Cənubi Qafqaza qayıdışı və Yaxın Şərqdə, Afrikanın şimalında, Aralıq dənizində mövqelərinin möhkəmlənməsi Fransanı ciddi şəkildə narahat etməyə başladı.
İyirmi birinci əsrdə müstəmləkəçilik siyasətini davam etdirən, təbii sərvətlərini talamaqla, əsarətdə saxladığı xalqlara qarşı kütləvi soyqırımlar, qətliamlar törədən Fransanın reytinqi kəskin aşağı düşməkdədir. Bir çox ölkələrdə Fransayönlü hökumətlər dəyişdirilir.

Beynəlxalq müstəvidə əzəli rəqibi Türkiyə əleyhinə təbliğat aparan Fransa siyasi isteblişmenti “türkəfobiya”, “islamofobiya” elementləri ilə öz cəmiyyətini zəhərləməkdə davam edir. Ölkənin əksər KİV-ləri fasiləsiz Azərbaycan əleyhinə təbliğat aparır. İslam dini sıxışdırılır. İslam dininə aid olmayan yeniliklər əlavə olunur. Məscidlərin fəaliyyətinə kobud müdaxilələr edilir.
Təbii, bütün bunlar, özünü hüquqi dövlət, demokratik cəmiyyət adlandıran bir ölkə üçün, ən azından utancvericidir. Qərəzli və ikili standartların təcəssümüdür. Ən təhlükəlisi, Cənubi Qafqaz regionunda separatçılığın yenidən alovlanmasına, sülhün əldə olunmasına ciddi maneədir.
Ancaq, bir şeyi unudurlar. Azərbaycan əvvəlki, zəif dövlət deyil. Güclü Ordusu, beynəlxalq münasibətlər, təhlükəsizlik sistemini peşəkarcasına mənimsəmiş Lideri, tərəfdaşları, dostları var. Qlobal güclərin razılığı olmadan, Post-sovet məkanında öz torpaqlarını azad edən yeganə dövlət olması, bunu sübut etdi.

Hesab edirəm ki, Fransa körpüləri tam yandırmamalı, Azərbaycana yönəlik siyasətində dəyişiklik etməlidir. Bundan həm Fransa, həm də Azərbaycan qazanar və bölgəyə sülh gələr.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir