Avropa Parlamentinin qarşısında erməni ekoloji terroruna etiraz olaraq dinc aksiya keçirilib

Brüssel Azərbaycan Evi və Belçika Azərbaycanlıları Federasiyasının birgə təşkilatçılığı ilə Avropa Parlamentinin qarşısında Azərbaycan ərazisində erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.

Turanın səsi ”  xəbər verir ki, aksiyada diaspor fəalları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etirazlarını bildiriblər.

Aksiya zamanı “Azərbaycanın təbii sərvətlərinin talanmasına etiraz edirik!”, “Erməni ekosidinə son!”, “Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!” tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib. Bu addımla diaspor fəalları Laçın-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin tələbləri ilə həmrəy olduqlarını bəyan ediblər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir