Adil Əliyev : Paşinyan Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmiz və dövlət başçımız haqqında fikirlərini bir daha diqqətlə oxumalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan elə bilir ki, Fransa və İran ermənipərəst mövqedən çıxış edirlərsə, o biri dövlətlərdən eyni dəstəyi ala biləcək.

Ancaq elə Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Paşinyanı yenə məyus edib. Paşinyan işini bildiyindən təşkilata üzv olan dövlət başçılarının İrəvandakı toplantısını açarkən “ermənilərin təşkilata ümidləri doğrulmayıb”, “KTMT indiyənə qədər Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib” kimi cümlələr işlədib.

Paşinyanın belə çıxışı gözlənilən idi. Çünki toplantıdan bir neçə gün əvvəl üzv dövlətlərin rəsmiləri açıq-aydın bildirdilər ki, Azərbaycanla Ermənistan arasındakı məsələlərdə tərəf tutmayacaqlar. Belə də oldu. Ermənistan toplantıda Azərbaycan əleyhinə sənədlərin qəbuluna çalışıb.

KTMT-yə üzv dövlətlərin liderləri sadəcə, onu deyiblər ki, bölgədə sülhün əldə olunması vacibdir və bu işdə tərəflərə kömək etməyə hazırdılar. Bundan sonra Paşinyan təşkilatdan yenə küsüb və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib.
Nikol Paşinyan və onun əsabələri anlamırlar ki, Azərbaycanın hər yerdə dostları var və həmin dövlətlər Ermənistanın haqsız mövqeyini dəstəkləmək istəmirlər. Cənab Prezident İlham Əliyev noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə belə bir cümlə işlədib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur”.

Bu açıqlama İrəvandakı toplantıda bir daha sübut olundu. Azərbaycanın Ermənistanın xaricində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün üzv dövlətləri ilə tərəfdaşlıq, strateji tərəfdaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycanın KTMT-nin hər bir ölkəsiylə iqtisadi və ticarət mübadiləsinin həcmi Ermənistanın üzv olduğu bu təşkilatın hər bir ölkəsi ilə iqtisadi və ticarət mübadiləsini dəfələrlə üstələyir.

Belə olan halda KTMT üzvləri niyə Ermənistanı müdafiə etməli və bununla Azərbaycanla münasibətlərə kölgə salmalıdırlar? Nikol Paşinyan heç kimə ümid etməsin, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayınca və ərazi iddiasından vaz keçməyincə bu ölkəni rahat həyat gözləmir.
Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinə yalvardığı saatlarda, cənab Prezident İlham Əliyev daha bir dost ölkəyə – Serbiyaya səfər etdi.

Azərbaycanla Serbiya bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirirlər. Nikol Paşinyan Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmiz və dövlət başçımız haqqında fikirlərini bir daha diqqətlə oxumalıdır:

Prezident İlham Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır. Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir