İranda bu görüntülərə görə qadınlara qadağa qoyuldu

İranda dondurma yeyən qadın videosundan sonra xanımların reklamlara çəkilişini qadağan edilib.

BEY.AZ rus mətbuatına istinadən xəbər verir ki, ilk baxışdan sözügedən videoda ciddi qayda pozuntusu nəzərə çarpmır.

Görüntülərdə başörtülü bir xanım maşın sürür və dondurma yeyir. Lakin səlahiyyətlilərin fikrincə, bu reklam çarxı “sosial ədəb qaydaları ilə ziddiyyət təşkil edir” və “qadın dəyərlərinə xələl gətirir”.

Nazirlik bildirib ki, iranlı qadınların reklam çarxlarında çəkilməsinə qadağa qoyulması qərarının milli “iffət” qanunlarını gücləndirmək məqsədilə qəbul edilib. Xüsusilə, qadınların “istifadəsini” qadağan edən yerli qanuna istinad edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir