Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Arzu Nağıyev Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyimizin etibarlı təmin olunması istiqamətində əldə edilmiş mühüm nəticələrdən danışıb. O, qeyd edib ki, bu gün Azərbaycan regionda öz milli maraqlarını müstəqil şəkildə təmin edən, təhlükəsizliyini etibarlı şəkildə qoruyan və qarşıya qoyduğu strateji məqsədlərə ardıcıl şəkildə nail olan dövlət kimi çıxış edir. Vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş bu nəticələrin qorunması və ölkəmizin müdafiə qabiliyyətinin müasir çağırışlara uyğun daha da gücləndirilməsidir.

Arzu Paşaqızı