Milli Məclisin sədri Sahibə Qafarova Pan- Afrika Parlamentinin Prezidenti ilə görüşüb

Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

.
Cari ilin iyul ayında Cənubi Afrika Respublikasında Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi görüşü məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri həmin tədbirin yüksək səviyyədə təşkilinə və oraya dəvətə görə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Pan-Afrika Parlamenti Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynayır.

Arzu Paşaqızı