Deputat parlamentdə göz yaşlarını saxlaya bilmədi: “Yalvarıram…”

Milli Məclisin 23 delabr tarixində keçirilən plenar iclasında çıxış edən Tahir Kərimli autizm xəstələrinin üzləşdiyi problemlərindən danışarkən göz yaşlarını saxlaya bilmədi.

Turanın səsi” xəbər verir ki, çıxış edən deputat Tahir Kərimli autizm xəstələri üçün xüsusi binanın tikilməsinin zəruriliyini qeyd edib. 

“Autizm xəstələrinin reabilitasiya mərkəzi 8 ildir bina ilə təmin etmək üçün müraciət etmədikləri ünvan yoxdur. Amma onların müraciəti cavabsız qalıb. Axı belə ola bilməz. Mən autizm xəstələrinin çətinliklərini görməsəydim, onu ürəkağrısı ilə burada qaldırmazdım.

Ağsuda ana öz övladını evdə kəndirlə otaqda bağlı vəziyyətdə saxlayırlar. Autizm xəstələrinin analarının göz yaşlarını görmək dəhşətdir.

Bu xəstələrin reablitasiyası üçün xüsusi bina lazımdır. Bu o qədər də böyük vəsait tələb etmir.  Kimsə restoran tikdirmək istəsə, ona yer ayrılır, amma bu cür problemli xəstələr üçün bina tikilməsinə yer verilmir. Məsələyə bu cür biganə yanaşmaq olmaz.

Sabah bizim də övladlarımız belə xəstə ola bilərlər, kimsə buna zəmanət verə bilməz. Odur ki, mən aidiyyəti qurumlara yalvarıram, onlardan xahiş edirəm, həmin xəstələr üçün bina tikilməsinə şərait yaradılsın”, – deputat qeyd edib.

Qeyd edimki Tahir Kərimlinin çıxışının sonunda Milli Məclisin Spikeri Sahibə xanım Qafarova öz zərifliyi və sadəliyiylə deputata Əsəbləşməyin müraciyət edin xahiş edirəm dedi.

Həmin çixışın Baku tv- in lentə aldığı video görüntünü təqdim edirik.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir