Spiker Sahibə QafarovaDominikan Respublikası Deputatlar Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Dominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.

Arzu Paşaqızı