Sahibə Qafarova Venesuela Parlamentinin vitse-spikeri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Venesuela Parlamentinin vitse-spikeri Qresia Colmenares ilə görüşüb.
Söhbət zamanı parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Görüşdə ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq bildirilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi vurğulanıb.

Arzu Paşaqızı