Sahibə Qafarovaİraq Nümayəndələr Şurası sədrinin birinci müavini ilə görüşüb

İyunun 25-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Feyhan Əd-Duleymi ilə görüşüb.


Azərbaycan və İraq arasında münasibətlərin xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə əsaslandığını qeyd edən Sahibə Qafarova bildirib ki, Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.

Arzu Paşaqızı