Sahibə Qafarova Afrika Qrupu parlament sədrlərinin müavinləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə olan Burkina Faso Federal Milli Şurasının sədr müavini Tarik Humayt Əl Tahir, Çad Senatının sədr müavini Mbank Hacivoli, Kot-d’İvuar Senatının sədr müavini Sakkoni Torri Sarra, Qvineya-Bisau Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini San Hafote Karamba və Mali Keçid Dövrü Milli Şurası sədrinin birinci müavini Muhammedou Məhəmməd Osmani ilə görüşüb.
Görüşdə Milli Məclisin təşkilatçılığı və ev sahibliyi ilə İƏTPİ Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkil olunduğu, burada mühüm məsələlərin müzakirə edildiyi qeyd olunub. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət və həmin müraciətdə yer alan mühüm mesajlar yüksək qiymətləndirilib. Bildirilib ki, bu, Azərbaycanın İslam dəyərlərinə, eləcə də müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə verdiyi önəmin bariz nümunəsidir.

Arzu Paşaqızı