Sahibə QafarovaBelarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar iclası çərçivəsində Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.
Görüşdə ölkələrimizin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycanla Belarusun əməkdaşlığının bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının səmimi münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun mühüm rol oynadığı qeyd edilib.
Arzu Paşaqızı