Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi” mövzusunda videokonfransında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 9-da Parlamentlərarası İttifaqın “Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi” mövzusunda videokonfransında çıxış edib.
Spiker Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji olmadığını, bunun humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələ olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur. Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir.
Arzu Paşaqızı