Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.


Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb. Tərəflər Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək siyasi iradəsi sayəsində münasibətlərin daha da genişləndiyini, strateji tərəfdaşlığın məzmun etibarilə yeni mərhələyə yüksəldiyini və hazırda ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu bildiriblər.

Arzu Paşaqızı