Sahibə Qafarova Buxarada Türkmənistan Məclisinin sədri ilə görüşüb

Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edən Sahibə Qafarova burada Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Tərəflər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.

Arzu Paşaqızı