Sahibə Qafarova İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.


Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək üçün imkanların olduğu vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu qeyd edilib. Spiker Sahibə Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirak etdiyini bildirib.

Arzu Paşaqızı