Milli Məclisin sədri Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.
Görüşdə diplomatın Azərbaycandakı fəaliyyəti dövründə Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı istiqamətində baş vermiş proseslər nəzərdən keçirilib. Spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərləri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin münasibətlərin inkişafında mühüm rolunu vurğulayıb. Həmçinin ölkələrimiz arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq məsələləri qeyd olunub.
Arzu Paşaqızı