Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb
İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan–Çin münasibətlərinin dinamik inkişafı və əldə olunmuş nailiyyətlər məmnunluqla qeyd edilib, parlamentlərarası və partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar, o cümlədən gənclər sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.



Arzu Paşaqızı