sədri Sahibə QafarovaGürcüstan parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.


Görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin “Şərəf” medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib. Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Vurğulanıb ki, Milli Məclisin sədri Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.
Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

Arzu Paşaqızı