Parlamentin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı müzakirə olunub
Mayın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı müzakirəyə təqdim edilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı təqdim olunur. O, Azərbaycanda gender bərabərliyinin təmin olunmasının və dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə xüsusi rolunu vurğulayıb.

Arzu Paşaqızı