Azərbaycan və Türkiyə parlamentarilərişəhərsalma məsələlərini müzakirə ediblər

Mayın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimai işlər, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) qlobal urbanizasiya gündəliyi baxımından əhəmiyyəti, Azərbaycan və Türkiyənin şəhərsalma və yenidənqurma təcrübəsi, bu sahədə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.

Arzu Paşaqızı