Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilib

İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edilən qanun layihəsinin mühüm əhəmiyyətini nəzərə alaraq, məsələnin daha geniş formatda – ictimai dinləmə şəklində müzakirəsinə yaradılan şəraitə və verilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.Komitə sədri uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin həm parlamentarilər, həm də dövlət və hökumət nümayəndələri, media, müvafiq təhsil, səhiyyə orqanlarının təmsilçiləri ilə birlikdə müzakirəsinin təqdirəlayiq olduğunu deyib.

Arzu Paşaqızı