Parlamentdə iş yerlərində ölüm hallarının olması məsələsi qaldırılıb


“Əməyin mühafizəsi və əmək münasibətləri məsələləri komitənin əsas hədəfləri arasındadır. Buna da ciddi fikir verməliyik”.

Turanın səsi” in  xəbərinə görə bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

“Çünki Prezidentin sərəncamı ilə yoxlamalar müəyyən müddətə dayandırılıb, bu da sahibkarlığın inkişafı ilə əlaqəlidir. Lakin bizə müəyyən şikayət ərizələri və müraciətlər daxil olur ki, işçilərin əmək hüququnun qorunması, o cümlədən əməyin mühafizəsi, təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarətlər, ölüm halları baş verir. Bunların araşdırılması, lazım gələrsə qanunvericiliyə müvafiq dəyişikliklərin təklif olunması məqsədilə dinləmələrin keçirilməsi faydalı olar” – M.Quliyev əlavə edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir