Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Oktyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirərək, hər iki qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.


“turaninsesi.az” xəbər verir ki, birinci məsələ – “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən komitə sədri qeyd edib ki, sənəd pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Arzu Paşaqızı