MM sədri deputata: “Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz”


Sahibə Qafarova və Şahin İsmayılov

“Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.

Turanın səsi” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin noyabrın 29-da keçirilən plenar iclasında deyib.

Deputat söyləyib ki, skuterlərin sürəti 60 km/saatdır.

O bildirib ki, xaricdə bu məsələnin aradan qaldırılması üçün skuterlərə fərqlənmə nişanlarının vurulması məcburiyyəti yaranıb: “Bizdə də bu təcrübədən istifadə olunsun. Azərbaycanda artan templə skuterlər yayılmağa başlayıb. Fərqlənmə nişanlarının qoyulması nəticəsində gələcəkdə qəza törədən zaman kimlərin günahkar olduğunu aydınlaşdırmaq olar”.

Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə “Şahin müəllim, skuterin sürətinin göstəricisi var? Elə danışırsınız ki, sanki siz skuter sürürsünüz” deyərək münasibət bildirib.


Sahibə Qafarova və Şahin İsmayılov

“Bu gün şəhərdə skuterlərdən istifadə olunur və bəzi sürənlər yol hərəkəti qaydalarına əməl etmirlər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir