MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib  

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı müzakirə edilib

Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. 

Turanın səsi ” xəbər verir ki , Komitənin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatının müzakirəsi daxil edilib.

Hicran Hüseynova dövlət komitəsinin Milli Məclisə təqdim olunan illik məlumatının qanunvericiliyə uyğun hazırlandığını bildirib. Sənəddən də göründüyü kimi, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət  dinamika var. Əvvəlki illərə nisbətən qərar  qəbul etmədə  qadınların  iştirakçılığının artması müşahidə olunur. Artıq qadınlar ənənəvi  “qadın peşələri” ilə yanaşı, digər sahələrdə də aktiv fəaliyyət göstərirlər. Həmçinin qadınlar müxtəlif fəaliyyət sahələri üzrə assosiasiyalar yaradırlar, eyni zamanda qarşılarına çıxan çətinlikləri, onları narahat edən məsələləri hüquqi şəkildə irəli sürərək təkliflər verirlər.

Komitə sədri vurğulayıb ki, qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir.

O, bu istiqamətdə qəbul edilən dövlət proqramlarını, qanunları yüksək dəyərləndirərək, bütövlükdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatını müsbət qiymətləndirib.

Sənədin müzakirəsində parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova, Ramin Məmmədov, Nigar Arpadarai, Sevil Mikayılova, Könül Nurullayeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Sevinc Məmmədova çıxış ediblər. Çıxış edənlər gender bərabərsizliyi, erkən nikah, qız uşaqlarının təhsildən yayınması, doğulan uşaqlar arasında cins balansının pozulması kimi halların qarşısının alınması ilə bağlı fikirlərini bölüşüblər, suallarını səsləndiriblər. Onlar ölkədə gender mədəniyyətinin yüksəldilməsi üçün gender sahəsində fəaliyyət göstərən qurumların, maarifləndirmə işlərinin effektivliyinin artırılması, qanunvericiliyin və xüsusən də onun icra mexanizminin təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini irəli sürüblər.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onları narahat edən istiqamətlər üzrə komitənin mövqeyini açıqlayıb. O, 2021-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi mexanizmlərinin inkişafı istiqamətində atılan addımlar, Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər barədə deputatlara məlumat verib. Sədaqət Qəhrəmanova bildirib ki, qızların təhsildən yayınması, erkən nikahların qarşısının alınması, gender stereotiplərinin aradan qaldırılması kimi məsələlər daimi diqqətdədir.

Müzakirələrin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir