Milli Məclisin sədri Sahibə Qafarovaİstanbulda Qadın Parlamentarilər Forumunda çıxış edib
Parlamentlərarası İttifaqın Türkiyənin İstanbul şəhərində keçirilən 152-ci Assambleyası çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumu keçirilib.
Əvvəlcə Forumun sədri Sintia Lopez çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanı və tədbirdə iştirak edən digər parlament spikerlərini salamlayıb, Forumda iştiraklarına görə təşəkkürünü bildirib.
Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar və tədbirin işinə uğurlar arzulayıblar.


Arzu Paşaqızı