Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib

Aprelin 5-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasında çıxış edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Məclisin sədri bildirib ki, bu, APA-nın PAİ çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən üçüncü əlaqələndirmə iclasıdır. Spiker deyib ki, bu kimi tədbirlər qarşılıqlı maraqlarımıza aid vacib beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın dərinləşməsinə böyük töhfə verir.
2025-ci ilin 18-20 fevral tarixlərində Bakı şəhərində “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş APA-nın 15-ci Plenar iclasının keçirildiyini xatırladan Sahibə Qafarova, 27 dövlətin və 7 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbirin təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı birgə marağımız olan müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli fürsət verdiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI