Milli Məclisin iclasında
İyulun 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.Parlamentin spikeri iclasın əvvəlində diqqətə çatdırıb ki, Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olub.
Qeyd edilib ki, səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək olub. Spiker diqqətə çatdırıb ki, səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri cənab Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşüb. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından başsağlığı ifadə olunub, Azərbaycan xalqının dərin hüzn və ehtiramı İran xalqına çatdırılıb.Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 17 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb.
Arzu Paşaqızı