Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib.


İlk növbədə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, layihə ölkədə sığorta sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Təklif olunan dəyişikliklər əlilliyi olan şəxslərin, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətlə məşğul olan könüllülərin istehsalat zamanı hər hansı xəsarət hadisəsi baş verərsə, siğortasının müəyyənləşdirilməsi ilə əlaqədardır.
Komitənin üzvü Vüqar Bayramov çıxış edərək qanun layihəsi barədə fikirlərini səsləndirib, bəzi qeyd və təkliflərini irəli sürüb.

Arzzu Paşaqızı