Milli Məclis və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib
İyunun 18-də Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əli Əhmədov iclas iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında xalqlarımızın mənafelərinə xidmət edən mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu qeyd edib. O, ikitərəfli münasibətlərdə yüksək səviyyəli təmasların, dövlət qurumları arasında qarşılıqlı əlaqələrin önəmli rol oynadığını söyləyib.Birinci vitse-spiker bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiya xüsusi yer tutur. Öz fəaliyyəti dövründə komissiya vacib platforma kimi özünü təsdiqləyib.
Arzu Paşaqızı