Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının rəhbəri olacaq deputatların adları açıqlanıb

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarına rəhbər seçiləcək deputatların adları məlum olub.

Turanın səsi” in xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının namizədliyi Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun namizədliyi Azərbaycan-Qvatemela, Rafael Hüseynovun namizədliyi Azərbaycan-Livan, Ramil Həsənin namizədliyi Azərbaycan-Nepal, Emin Hacıyevin namizədliyi Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin namizədliyi Azərbaycan-Panama, Cavid Osmanovun namizədliyi Azərbaycan-Sudan və Elman Nəsirovun namizədliyi Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı irəli sürülüb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir