İƏT Pİ-nin regional qruplarının məşvərət görüşləri keçirilib
İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində regional qrupların – Ərəb, Afrika və Asiya qruplarının məşvərət görüşləri keçirilib.
Qruplarda təşkilatın strukturlarına namizədlərin müəyyənləşdiriliməsi, gələcək fəaliyyət üzrə ortaq mövqenin əlaqələndirilməsi kimi təşkilati və koordinasiya məsələləri müzakirə olunub.
Milli Məclisin deputatları Ceyhun Məmmədov və Rizvan Nəbiyev Asiya Qrupunun toplantısında iştirak edərək gündəlikdə duran məsələlər üzrə müzakirələrdə iştirak ediblər.
Asiya Qrupunun məşvərət görüşünə deputat Rizvan Nəbiyev sədrlik edib. O, görüşdə çıxış edərək İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişafı və müsəlman ölkələri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Arzu Paşaqızı