İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib

İyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının Baş Komitəsinin 27-ci sessiyası keçirilib.


Milli Məclis sədrinin müavini, İƏT Pİ-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov tədbirə sədrlik edib.
Açılış nitqi ilə çıxış edən Rafael Hüseynov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı olub. O, vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğala məruz qaldığı dövrdə ölkəmizə ardıcıl dəstək göstərən beynəlxalq təşkilatlardan biri kimi İslam Əməkdaşlıq Təşkilatının mövqeyini hər zaman minnətdarlıqla xatırlayacaq. Rafael Hüseynov İƏT Pİ-nin bu təşkilata üzv dövlətləri maraqlandıran məsələlərin müzakirəsində əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.

Arzu Paşaqızı