Hicran Hüseynova: “Erkən nikahların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir”

“Təəssüf ki, bu gün Azərbaycanda hələ də erkən nikah halları var. Bu məsələyə nəzarət funksiyaları gücləndirilməlidir”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatının müzakirəsində deyib.

O vurğulayıb ki, ölkədə həmçinin, ailələrdə körpələrlə bağlı cinsi ayrı-seçkilik mövcuddur: “Bu və digər gender əsaslı hallar məişət zorakılığı cinayətinə səbəb olur. Bununda ağır fəsadlarını görürük”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir