Elm və təhsil komitəsinin iclasında

Yanvarın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Turanın səsi ” xəbər verir ki , İclası açan komitə sədri Bəxtiyar Əliyev 20 Yanvar faciəsindən danışıb.Müstəqillik tarximizdə Ulu Öndər Heydər Əliyevin rolundan ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açıb.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra komitə sədri Bəxtiyar Əliyev gündəliyə 3 məsələnin – Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək komitənin 11 iclasının keçirdiyini, iclaslarda 19 məsələnin müzakirə edildiyini deyib. Ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verən komitə sədri bildirib ki, hesabat dövründə komitəyə daxil olan 156 müraciətə aidiyyəti üzrə baxılıb və müvafiq tədbirlər görülüb, komitə tərəfindən 16 vətəndaş qəbul edilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər keçirilib, onların problemlərinin həllinə köməklik göstərilib.

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsinin daxil edilib. Həmçinin komitəyə daxil olan təkliflərin təhlili və vətəndaşların müraciətləri ilə işin təşkili kimi məsələlər nəzərdə tutulub. O, iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasının daxil edildiyini qeyd edib.

İclasda müzakirəyə çıxarılan “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, sənəd “Media haqqında” Qanununun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.Layihədə mətn boyu “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” ifadələri ilə əvəzləmək təklif olunub.

Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Etibar Əliyev və Kamilə Əliyeva çıxış edərək, müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Rafael Hüseynov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir