“Bavariya” 12-ci dəfə Superkuboku qazandı
Almaniya Superkubokunun qalibi bəlli olub.
“turaninsesi.az ” xəbər verir ki, “Bavariya” Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub edərək 12-ci dəfə bu titulu qazanıb.
Münhen klubu sözügedən turnirin rekordçusu olub.
“Borussiya” (Dortmund) – “Bavariya” – 1:2
Xatırladaq ki, “Bavariya” ötən mövsüm Almaniya çempionluğunu və kubokunu qazanıb, “Borussiya” isə Bundesliqada ikinci yeri tutub.