Elm və təhsil komitəsinin iclasında

Dekabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə 2 məsələ daxildir.

Bunlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “ Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) və birinci oxunuşda olan “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Turanın səsi ” xəbər verir ki ,Gündəlikdəki birinci məsələ barədə məlumat verən komitə sədri bildirib ki, sənəd “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Qanunun icrası ilə əlaqədar hazırlanıb. Buna uyğun olaraq, layihədə adları çəkilən qanunlarda müvafiq dəyişikliklər təklif olunur.

Bildirilib ki, bununla bağlı  “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlara eyni məzmunlu yeni maddələrin əlavə olunması nəzərdə tutulub. Əlavələrə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər. Habelə, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. 

Sonra komitə sədri bildirib ki, gündəliyin ikinci məsələsində isə, qanunun 1-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilir. Layihədə internat tipli təhsil müəssisələrinin fəaliyyət prinsiplərinə görə bölünməsi, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırılması öz əksini tapıb.

Onlayn iclasda çıxış edən komitə üzvləri Etibar Əliyev, Müşfiq Məmmədli, Eldar Quliyev, Tamam Cəfərova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər, internat tipli məktəblərdə təhsil alan uşaqlara dövlət qayğısı, onların layiqli vətəndaşlar kimi yetişdirilməsi və digər məsələlərlə bağlı  qeyd və təkliflərini bildiriblər.  

Müzakirələrdən sonra gündəlikdəki ikinci qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. 

Onlayn iclasda komitə üzvləri Pərvin Kərimzadə, Afət Həsənova, Ülviyyə Ağayeva, Aqiyə Naxçıvanlı və Kamilə Əliyeva iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir