Deputat: “Bəstəkar Elza İbrahimovanın yaşadığı binanın qarşısında memorial lövhə quraşdırılmalıdır”


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubileyi ərəfəsində yaşadığı binanın qarşısında memorial lövhənin quraşdırılmasını təklif edib.

Turanın səsi “ in məlumatına görə, o, Nazirlər Kabinetinin 2019-2020-ci ildəki qərarı ilə həmin lövhənin quraşdırılması barədə məsələ qaldırıldığını, ancaq bu günədək həllini tapmadığını bildirib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncam imzalayıb: “Mərhumun yanvarın 10-da 85 illik yubileyidir. Ailəsi bizim komitədə olarkən həmin lövhənin qoyulmasını xahiş etdi. Nəzərə almaq lazımdır ki, Elza İbrahimova “Ey vətən” və digər bir sıra məşhur musiqi əsərinin müəllifidir”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir